Şəhərlərarası danışıqlara görə ödəniş qaydası dayandırılacaqdır
15.3.2013

Azərbaycanda telekommunikasiya şəbəkəsinin yeni sistemə keçirilməsi ilə əlaqədar olaraq aprelin 1-dən şəhərlərarası danışıqlarda köhnə ödəniş qaydası dayandırılacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilmişdir ki, telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılmışdır. Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə ödəniş qaydası da istifadə edilir.
Hazırda tətbiq olunan yeni ödəniş formatı ilə nazirliyin, eləcə də “Aztelekom” İstehsalat Birliyinin saytlarından tanış olmaq mümkündür.

AzərTAc