Ana gözəldirsə, qız da gözəl olacaq
15.3.2013

Gözəl qadınlar özündən sonrakı nəslin də gözəllik qarantiyasıdır. Helsinki Universitetində Amerikada 244 min qadın və 997 kişinin 40 il izlənməsi nəticəsində aparılan araşdırmaya görə, gözəllik yarışında qadınlar qalib gəlir. Araşdırma nəticəsində o da bəlli olub ki, gözəl qadınlar, nisbətən çirkin həmcinslərinə görə daha çox uşaq sahibi olur. Çoxunun uşaqları isə qız olur. Qızları böyüdüyü zaman isə anaları kimi gözəl və cazibədar olur. Bu proses beləcə davam edir.

Araşdırmaya görə kişilər estetik cəhətdən “mağara adamı” atalarından o qədər də fərqlənmir. Lakin mütəxəssislər qeyd edir ki, gözəlləşmək qadınların özünə baxmasından qaynaqlanır. Kişilər isə baxımlı olmur. Araşdırmada iştirak edənlərin fotoları nəzərdən keçirilb və neçə uşaq sahibi olduqları hesablanıb.

Gözəl qadınların, baxımsız qadınlara nisbətən 16 faiz daha çox uşaq sahibi olduğu məlum olub. Baxımsız və çirkin kişilər isə yaraşıqlı kişilərə nisbətən daha çox uşaq sahibi olur. Bu onunla əlaqələndirlir ki, yaraşıqlı kişilər ailə qurmaq və uşaq sahibi olmaq istəmir.
Gözəl və baxımlı olmaq hər iki cins üçün də avantajdır. Psixoloq Mamta Bhatiaya görə, qadınların daha cazibədar hala gəlməsinin səbəbini qadınların özlərinə qulluq və bir çox gözəllik prosedurları etməsi ilə bağlayıb.

“Artıq gözəllik məhsullarını əldə etmək daha asandır. İstənilən dizaynda geyimləri rahatlıqla almaq mümkündür. Bütün bunları isə qadınları və kişiləri gözəl göstərir”.

Publika.Az