Metabolizmanı gücləndirərək kilo verməyə təsiri olan qreyfurt, insulin təhlükəsini aradan qaldırır.
Mütəxəssislərin fikirncə, yeməkdən əvvəl yarım qreyfurt yemək iştahı kəsir və daha az yemək yeməyi təmin edir. Tək yeyildiyi zaman bir acı olur. Lakin başqa meyvə suları ilə qarışdırılarsa, ləzzətli olur.
100 qr təzə qreyfurtda 135 mq poatsium var. Potasium, hüceyrə və orqanlar üçün böyük əhəmiyyət kəsb edir.
Greyfurt, antioksidantlarla zəngin meyvədir. Ultrabənövşəyi şüalara qarşı dərini qoruyur və canlandırır.
Qreyfurtun suyu güclü təsir yaratdığına görə, onu hər hansı dərmanla qəbul etmək hətta ölümlə də nəticələnə bilər
Qreyfurdun digər faydaları:
C vitamini ilə zəngin olan bu meyvədə A və B qrupu vitaminləri, kalsiyum, maqneziyum, fosfor və s. vardır.
Bir ədəd qreyfutda 50 kalori və 80 mg C vitamini olduğu üçün az kalori ilə çox vitamin ehtiva edən meyvədir.
Soyuqdəymədə faydalıdır.
Diş əti qanamasında xeyirlidir, qanamanın qarşısını alır.
Damarlardakı dan dövranını yaxşılaşdırır.
Mədə və bağırsaq xərçənginə tutulma riskini azaldır.
Təzyiqi tarazlaşdırır.
Bağırsaqları yumşaldır. Qəbizliyə mane olur.
Yağlı yeməkdən sonra içilən qeyfurt şirəsi, yüngüllük hissi verir. Yeməyin daha tez həzm olunmasına kömək edir. Yeməkdən əvvəl yeyilən zaman isə iştahı açır.
Mikrobları öldürür. Qaraciyərin fəaliyyətinə kömək edir və qanı təmizləyir.
Bədəndəki lazımsız maddələrin xaric olunmasına kömək edir.
Bədəndəki və beyindəki yorğunluğu aparır. Stresə mane olur.
Pəhrizdə olan insanlar üçün də faydalı meyvədir.
Hər hansı bir yaranın sağalmasını tezləşdirir.
Dərini təravətləndirir.
Qreyfurtun suyu güclü təsir yaratdığına görə, onu hər hansı dərmanla qəbul etmək hətta ölümlə də nəticələnə bilər. Bu səbəblə də, onu içərkən ehtiyatlı olmaq lazımdır. Bu meyvə suyunun təsiri bədəndən ən az 24 saat içində keçir.
Publika.Az