Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyllərini təmin etmək məqsədi ilə 76 “Gənc turist” klubu yaradılmışdır.
İdarədən bildirilmişdir ki, bu klubların üzvlərinin sayı 918 nəfərdir. Onlardan 538 nəfəri 12-17 yaş qrupuna, 380 nəfəri isə 18-25 yaş qrupuna aiddir.
Qısa müddətdə “Gənc turist” klubları 53 layihə və təklif hazırlamışlar. Xətai Rayon Mədəniyyət Mərkəzinin, Şüvəlan qəsəbə, Mirzağa Əliyev adına mədəniyyət evlərinin və Müslüm Maqomayev adına uşaq musiqi məktəbinin layihələri daha orijinaldır.