“Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış “Leyli və Məcnun” film-operasının premyerası keçirilib.
Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, məşhur fransız aktyoru Jerar Depardye və kinoprodüser Arno Frillenin də iştirak ediblər.
Filmi yüksək qiymətləndirən Jerar Depardye Azərbaycanda keçirilən beynəlxalq muğam festivalının böyük əhəmiyyət daşıdığını və burada musiqiyə olan böyük marağı xüsusi qeyd edib.
Film-operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə xalq artisti Aygün Bayramova canlandırıb.
Çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və “Buta Palace”da aparılan, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında çəkilən ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur.
APA