Bu il Azərbaycanda 4500-ə yaxın dərman rəsmi dövlət qeydiyyatından keçib və onların ölkəyə idxalına icazə verilir.
Bunu Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
O bildirib ki, bu dərmanların böyük əksəriyyətini xaricdən idxal olunan dərman preparatları təşkil edir.
P. Əzizbəyovun sözlərinə görə, Azərbaycan istehsalı olan dərman preparatlarının sayı azdır: “Belə ki, ölkədə rəsmi qeydiyyatda olan dərmanların yalnız 60 adda olanı Azərbaycanın öz istehsalı olan dərman preparatlarıdır. Qalanları isə əsasən Avropa Birliyi ölkələrindən idxal olunur. Azərbaycanda rəsmi dövlət qeydiyyatda olan dərmanların 50%-dən çoxunu Avropa istehsalı olan dərman preparatları təşkil edir”.
APA