Bir neçə gün öncə Bakı Dövlət Universitetinin Mətbuat prospektində yerləşən yataqxanalarından məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi başlayıb. Həmin yataqxanalar söküləcək və yerində daha müasir binalar tikiləcək.
BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir. Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metrdir. 19095 kv. metr ərazidə abadlıq işləri aparılacaq. Yataqxanalarda otaqların sayı 2282, burada yaşayacaq tələbələrin sayı isə 4470 nəfər olacaq.
Tələbə şəhərciyi 4 korpusdan ibarət olacaq. A korpusu 17 mərtəbəli bina, B-C korpusları 13 mərtəbəli, E korpusu isə 14 mərtəbəli binalar olacaq.
Şəhərcik ərazisində piyadalar və velosipedçilər üçün yollar olacaq. A Korpusunda 4 ədəd lift quraşdırılacaq. Yataqxana kompleksində sərgi zalı, tibb məntəqəsi, kitabxana, mağaza, 200-400 nəfərlik iclas zalları, bərbərxana, fitnes zalları, İnternet-kafe, 2-mərtəbəli yeməkxana olacaq.
ANS PRESS