Günün ulduz falı
21.11.2011

Qoç - İrimiqyaslı planların həyata keçirilməsində ciddi çətinliklərlə qarşılaşacağınız gözlənilir. Yalnız öz gücünüzə arxalanmalısınız. Bu isə imkanlarınızı əhəmiyyətli dərəcədə azaldır. Cari məsələləri həll etməyə çalışın və heç nəyi sabaha saxlamayın. Sabahkı gün daha az məhsuldar olacaq.

Əhval-ruhiyyəniz də yüksək səviyyədə deyil. Yaxınlarınız əsəbiliyinizdən ziyan çəkə bilərlər. Xoşbəxtlikdən, heç kim sizdən ciddi şəkildə inciməyəcək. Amma özünüzü daha səbrli apara bilmədiyinizə görə sonradan təəssüflənəcəksiniz.

Buğa - Yeni iş yeri axtarmalı olacaqsınız. Həmkarlarınızla münaqişələr kəskinləşir və gizlicə əvvəllər narazı olduğunuz işə qayıtmağı arzulamağa başlayırsınız. Əvəzində, maliyyə ilə bağlı xəbərlər sevindiricidir - tezliklə maddi vəziyyətiniz yaxşılaşacaq.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri güclüdür. Bu sahədə xırda çətinlik də gözlənilmir. Yeni tanışlıqlara, romantik münasibətlərə başlamaq olar. Ulduzlar bu səhədə xeyli müsbət emosiya vəd edir.

Əkizlər - Hədəfə çatmaq səy tələb edir - asan olmayan mübarizəyə hazırlaşın. Ulduzlar döyüşdə qələbə vəd etsə də, bu, o qədər də asan olmayacaq. Partnyorlarınızdan hansısa əməkdaşlıqdan imtina edə bilər. Təzəlikcə müttəfiqiniz hesab etdiyiniz adam tərəfindən xəyanət də istisna olunmur. Lakin siz bütün itkilərin öhdəsindən gələcək və hədəfinizə doğru yolunuza davam edəcəksiniz.

Şəxsi münasibətlər sabitdir. Yaxınlarınızın sizi anlayacağına, dəstəkləyəcəyinə və lazım olan anda kömək əlini uzadacağına şübhəniz olmasın. Şənlənmək, əylənmək istəyirsiniz. Lakin ev işlərinə də vaxt ayırmaq lazım gəlir. Bir qədər sonra peşəkar həyat daha məzmunlu olduqda diqqəti ona yönəltmək çətinləşəcək.

Xərçəng - Əlverişsiz gündür. İşdə çoxsaylı problemlər yaranır və siz onların həlli üçün necə hərəkət etməli olduğunuzu bilmirsiniz. Etibarlı məsləhətçi tapmaq istəsəniz də, suallarla müraciət etdiyiniz adamların heç birindən ağılabatan cavab eşitmirsiniz. Əhval-ruhiyyəniz pozulacaq, günün ortası emosional baxımdan daha çətin olacaq.

Ən məhrəm sirlərinizi paylaşdığınız adam sizi məyus edə bilər. Etiraf etməli olacaqsınız ki, illüziyaların əsirliyindəsiniz. Gözlərinizi açanda gördüklərinizdən xoşunuz gəlməyəcək.

Şir - İşlər pis getmir. Lakin əsl əhəmiyyətli uğurlar qeyri-müəyyən müddətə təxirə salınır. Partnyorlarınızın qeyri-mütəşəkkilliyi, ümumi hədəflərinizə çatmaq üçün onların vaxt və güc sərf etməyi istəməməsi ilə barışmalı olacaqsınız. Hadisələrin əlverişsiz inkişafı gəlirinizin azalması ilə nəticələnə bilər.

Yaxınlarınızla ünsiyyət isə sizi sevindirəcək: münaqişələr və mübahisələr üçün əsas yoxdur, maraqlı və əhəmiyyətli saydığınız hər şeyi sakitcə müzakirə edə bilərsiniz. Dostlarınız da yaxşı xəbərlərlə sevindirəcəklər. Günün ikinci yarısında son günlər darıxdığınız adamla görüşmək ehtimalınız var.

Qız - Müxtəlif başlanğıclar üçün əla gündür. Peşəkarlıq fəaliyyəti ilə bağlı ideyalarınız çox yaxşıdır və maraqlı şəxslərin gözündən qaçmayacaq. İnvestisiya və ya sponsor köməyi almaq, yeni müttəfiqlər tapmaq olar. Mükafat və ya digər bəxşiş alacağınız istisna olunmur.

Şəxsi həyatınızdakı vəziyyət də pis deyil. Baş verən hər şey sizi sevindirir. Kifayət qədər əsaslı yeni ümidlər yaranır. Hiss etməyə başlayırsınız ki, tezliklə ən məhrəm arzularınız həyata keçəcək və buna çox sevinirsiniz.

Tərəzi - Öz-özlüyündə pis gün deyil. Lakin bu gün baş verənlər gələcək pis hadisələrin xəbərçisidir. Ona görə də diqqətli olmalısınız. Yalnız bu yolla hansısa vacib şeyi görmək və vaxtında radikal tədbirlərə əl atmaq mümkündür. Maliyyə mənzərəsi əlverişli deyil, əhəmiyyətli məbləğ itirilə bilər.

İnsanları olduğundan yüksək qiymətləndirməyə, malik olmadıqları üstünlükləri onlara yaraşdırmağa meyllisiniz. Tezliklə həyat sizin illüziyalarınızı yox edəcək və anlayacaqsınız ki, nə qədər yanılmısınız. Sizi tənqid etməkdən zövq alanlarla təmaslardan uzaq olun. Bu gün belə adamların sizin emosional vəziyyətinizə mənfi təsiri xüsusilə güclü olacaq.

Əqrəb - Çətin gündür. Çətin vəziyyətə düşmüsünüz. Baxmayaraq ki, bunu etiraf etməyə hələ hazır deyilsiniz. Bədxahlarla mübarizə daha da kəskinləşir, qələbə şansları isə minimaldır. Üstəlik, düşmənlərinizin arxasında hansı nüfuzlu qüvvələrin dayandığını indi ağlınıza belə gətirə bilməzsiniz. Ona görə də ayıq-sayıq olun ki, kimə xəlvətcə yanınıza soxulmasın.

Qohumlarla mübahisələr mümkündür. Təbii ki, bu, sizin emosional vəziyyətinizə yaxşı təsir göstərməyəcək. Sevən Əqrəblər bu gün çox öcəşkən və tələbkardırlar. Onlar sevdiklərinə dinclik vermirlər.

Oxatan - İnad və səbr nümayiş etdirmək lazımdır. Məqsədə çatmaq asan deyil. Böyük ümidlər bəslədiyiniz planlar şübhəli gəlməyə başlayacaq. İrəliyə getmək əvəzinə yerinizdə sayırsınız. Bu, uğur qazanmaq şanslarınızı dəfələrlə azaldır.

Yaxınlarınızla mübahisələr mümkündür. İkibaşlı ifadə və zarafatlardan çəkinin. Kimisə incik sala biləcək ifadələr gec işə düşən bomba kimidir. Yaşlı qohumlarınızın diqqətinizə ehtiyacı var.

Oğlaq - Gün xoş xəbərlər, eləcə də bir neçə aktual problemi dərhal həll etməyə imkan verəcək informasiyanı gətirəcək. Unutmayın, boş yerə vaxt itirmək olmaz. Gün aktiv hərəkətlər tələb edir. Məhz bu hərəkətlər hədəfə yol açır. Bu gün başqalarının, onların hərəkətlərinə görə məsuliyyəti üzərinizə götürməli olacaqsınız. Bu, asan deyil: çoxlu narahatlıq və təlaş olacaq. Amma bu narahatlıq və təlaş əsassızdır.

Alış-veriş etmək olar. Qüsursuz zövqünüz sizi aldatmayacaq.

Dolça - Günün birinci yarısındakı hadisələr sizi həyəcanlandıracaq. Lakin müsbət tendensiyalar kifayət qədər tez güclənəcək və tezliklə hiss edəcəksiniz ki, işlə yoluna düşür. İstənilən görüş və danışıqlar yaxşı keçəcək. Rəqibiniz hesab etdiyiniz şəxslərlə belə razılığa gələ biləcəksiniz.

Axşam xoş sürpriz və ya çoxdan gözlədiyiniz xəbər ala bilərsiniz. Maraqlı tanışlıq mümkündür. Bu tanışlığa çox ciddi yanaşmasanız da, o, həyatınızda mühüm rol oynaya bilər.

Balıqlar - Gözlənilməz xəbər sizi əvvəlcə təəccübləndirəcək və demək olar ki, qorxuya salacaq, sonra isə maraqlı düşüncələrə doğru itələyəcək. Bu günün hadisələri bürcün bir çox nümyəndələri üçün ciddi dəyişikliklərin başlanğıcı olacaq, yeni nailiyyətlərə yol açacaq. Köhnə iş partnyorlarınızdan şübhələnmək üçün səbəb yoxdur. Lakin yeni əlaqələr qurmağa da heç kim mane olmur. İstənilən əməkdaşlıq məhsuldar olacaq.

Dostlarla ünsiyyət, təbiət qoynunda istirahət və əyləncəli tədbirlərdə iştirak üçün münasib gündür. Darıxdırıcı mühitdən qaçmaq məsləhətdir. Kulinariya eksperimentlərində uzaq olun. Çünki həzm sisteminiz xeyli zəifdir.