Məscidi-Nəbəvi daha geniş olacaqdır
18.3.2013

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Məscidi-Nəbəvinin genişlənmə işlərinin 2 il ərzində tamamlanması nəzərdə tutulmuşdur. Şəhərin infrastruktur yenilikləri və Məscidi-Nəbəvinin genişləndirilməsi üçün hazırlanmış layihə 37,5 milyard dollara başa gələcəkdir.
Layihə çərçivəsində Məscidi-Nəbəvinin 1,6 milyon adamın ibadət etməsinə imkan yaradacaq şəkildə genişləndirilməsi nəzərdə tutulmuşdur.
Layihənin Kral Abdullah tərəfindən təsdiq edildiyi bildirilmişdir. Digər tərəfdən 2013-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Mədinədə olan şahzadə Salman bin Əbdüləziz layihələri və Məscidi-Nəbəvinin genişləndirilməsi istiqamətində görülən işləri araşdırmışdır.

AzərTAc