Avstraliyada cənub yarımkürəsinin ən uca binasını tikəcəklər
19.3.2013

Avstraliyanın Melburn şəhərində cənub yarımkürəsinin ən hündür göydələninin tikilməsi planını bəyənmişlər.
Bunu martın 18-də planlaşdırma naziri Metyu Qay bildirmişdir. O demişdir: “Mən fəxr edirəm ki, uzun illər şəhərin üfüq xəttini bəzəyəcək göydələnin tikintisini bəyənmişəm”.
Söhbət 108 mərtəbəli binanın tikintisindən gedir. Onun hündürlüyü 388 metr təşkil edəcəkdir.
Binanın layihəsini yunan arxitektoru Nonda Katzadilic hazırlamışdır. Göydələndə yaşayış mənzilləri, restoranlar və Avstraliyanın ən yüksək oteli yerləşəcəkdir.
Tikinti başa çatdıqdan sonra yeni göydələnin hündürlüyünə görə dünyada 19-cu və cənub yarımkürəsində ən hündür bina olacağı gözlənilir.

AzərTac