“Twitter”in yaradıcısı mer olmaq istəyir
19.3.2013

“Twitter” sosial şəbəkəsinin təsisçisi Cek Dorsi Nyu-Yorkda mer seçkilərində iştirak edəcək. Amerikalı proqrammist və biznesmen bildirib ki, bu şəhərin energetikası onu cəlb edir.

“Nyu-Yorkda olanda mənə elə gəlir ki, bayırda tufan qopur,mən isə avtobusda oturmuşam. Amma özünü təhlükəsiz yerdə hiss edirsən. Bu cür mühit mənim çox xoşum gəlir”,- deyə Cek Dorsi əlavə edib.

http://editor.az