Günün qoroskopu
27.3.2013

Qoç - enerji çox olsa da, aktivliyə tələbat azdır. Ona görə cari işlərlə məşğul olun. Öz səhhətiniz və ya yaxınlarınızın sağlıq durumu ilə bağlı narahatlıq yarana bilər.

Konkret insanın sizin diqqət və ya qayğıınza ehtiyacı olduğunu hiss etsəniz, onunla mütləq əlaqə saxlayın. Mühüm planla bağlı mövqeyiniz köklü dəyişkliyə uğraya bilər.

Yeni işlərə başlamaq bir qədər tezdir. Tələskənlik, vurnuxma və boş söhbətlər çox olacaq. Ətrafdakı insanlara önəmli işlə məşğul olduğunuzu göstərin.

Alış-veriş və görüşü təxirə salın.

Buğa - tələskənliyə, ifrat aktivliyə yol verməyin. Yaşam arealınızı "dolaşın" və görüləcək işlərin həcmini müəyyənləşdirin. Aldığınız təklifləri dəyərləndirin.

Danışıqlar və sövdələşmələr üçün uğursuz gündür. Aldanmaq, yanlış nəticələr çıxarmaq, səhv etmək, boş sözə inanmaq riski var. Alış-veriş anlamsız məsrəflər olacaq.

Çoxdan cavabı aranan sualların aydınlaşdırılması, müşahidələr, dəyərli fikir və ya ideyanın doğula biləcəyi düşüncələr üçün əlverişli gündür.

Yuxunun yozulması gözlənilməz nəticə verə bilər. Diqqətli olun - sizi kimsə diqqətlə müşahidə edir.

Qərarlarınızın dürüst olduğunu düşünməyin. Yanlışlıq riski az deyil.

Əkizlər - məhdudiyyətlərin qismən yox olduğu gündür. Ayıq-sayıq olun, aldığınız məlumat və informasiyaları yoxlayın.

Nəzarətsiz emosiyalar hisslərinizə və yaşamınıza mənfi təsir edə bilər. Müəyyən ünsürdən və ya olaydan xoşlanmasanız, dərhal gərəkli tədbir görün. Mühüm qərarlar və yeni prioritetlər vaxtıdır. Şəxsi münasibətlərdə rəğbət böhranı yaşanır.

Qarşılıqlı anlaşma, müəyyənlik, ümumi məqsədlər qıtlığı var. Bir neçə obyektə diqqətinizi dağıtmayın.
İşdə tapşırıqları bölün, çünki hər kəs yalnz öz məqsəd və marağını güdür. İstək və tələblərinizi kimsəyə çatdırmayın.

Sakit, tənha şəraitdə planlarınızı müəyyənləşdirin.

Xərçəng - əsəbi, gərgin, effektiv nəticələri az, yaxın çevrənizdə münasibətlərin aydınlaşdırıldığı gündür.

Çoxdan bəri deyiləsi söz söylənməlidir. Amma ehtiyatsızlıq yanlışlıq yarada bilər. Qeyri-müəyyənliyin olduğu, tərəfdaşların müxtəlif fərziyyələr qurduğu münasibətlər üçün təhlükəli gündür.

İnformasiya axını və sizdən nə isə istəyən insanların sayı artacaq. Qərarlar və əməllər arasında harmoniyaya nail olmaq asan deyil. Sakitləşin, emosiyalarınıza əsir düşməyin.
Cari işlər ideal olmasa da, onları yerinə yetirin.

Axşam saatlarında internetdə vaxt keçirmək, əylənmək, bilik və bacarıqları artırmaq olar.

Şir - prosesə yaradıcı yanaşsanız, problemlərin çözülməsi üçün əlverişli gündür. Kiməsə yardım edir və özünüz də digər mənbədən yardım alırsınız.

Eyni vaxtda bir neçə mövzunu nəzarət altında saxlamaq gərək olacaq. Emosiyalardan rasional istifadə edin, yaxnı energetik tonusa malik olun. Əlavə iş peyda ola bilər.

Sürpriz, xoş narahatlıq, romantik münasibətlər istisna deyil.
Səhhətinizin qeydinə qalın. Son qüvvəyə qədər çalışsanız, daha çox iş görə bilərsiniz.

Başqasının tələb və ya istəyinə uyğun davranmayın. Sizə fayda verən və ya razılıq hissi yaradan işlərlə məşğul olun.
Axşam saatlarında dincəlin.

Qız - bu gün yorulmamağa, maraqlı işlə məşğul olmağa, əməllərinizin effektivliyini artırmağa çalışın.

Başınız yeni planlara qarışsa da, bütün sahələrdə işləri çatdırmayacağınızı bilin. Bəzən özünüzə və yaxın ətrafınızdakı insanlara "yox" deməyi bacarın. İşlər çoxdursa, əlavə tapşırıq və ya sifarişdən imtina edin.

İmpuls və emosiyaların təsiri altında çalışmayın, fəaliyyəti planlaşdırmağa can atın.
Cari hadisələrin arasından "qırmızı xətt" kimi keçən prosesi görün və işlərin məcrasını lazımi istiqamətə yönəldin.

Tərəzi - tərəfdaş münasibətlərində dəyişikliklərin təşəbbüskarı ola bilərsiniz. Amma tərəfdaşınız daha aktiv olmalıdır.

Yeni layihələr var, onlar müzakirə və imkanların aranması mərhələsindədir.
İnternetdə məlumat axtarışı, yazışma üçün əlverişli gündür.
Uzaq səfərə ehtiyac yarana bilər.

Emosiyalı, enerjilisiniz. Mümkün qədər çox iş görməyə çalışın. Həyatınızda daha çox rahatlıq vəd edən layihələrə pul və qüvvə yatırın.

Uzun müddətdən bəri həyata keçirmək istədiyiniz planları reallaşdırmağa başlayın.

Əqrəb - işlərlə irəliyə doğru hərəkət üçün süni təkanlardan yararlanmayın. Kursu dəqiqləşdirin, müəyyənlik əldə edin.

Xırdalıqlar və detallara xüsusi diqqət ayırın, laqeyd və ətalətli olmayın. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Hansı addımı atmaq barədə əvvəlcədən düşünmək, bütün işləri qabaqcadan planlaşdırmaq mümkün deyil.

Tələsməyin, hadisələrin cərəyan məcrasını izləyin. Qarşıda olayların kuliminasiya nöqtəsi, qəfil informasiya, gözlənilməz məlumat var. Yeniliyə hazır olun.

Sükan arxasında, yolda, nəqliyyatda ehtiyatlı olun.
Gələn məlumatları təhlil edin.

Oxatan - ətrafınızdakı insanların davranışlarında gərginlik hiss olunur. Kimsə yaşam məkanınıza müdaxilə etməyə çalışacaq.

Kənar təsirlərə və təzyiqlərə dayanıqlı olun, ətrafınızdakı ifrat emosionallığa reaksiya verməyin. Doğrudur, olayların gedişatı sizdən asılı deyil, amma təmkinli olun. Tənqid və mənasız mübahisələrə yol verməyin.

Məşğul olduğunuz işə rəğmən, hisslərinizə nəzarəti itirməyin, təhlükəsizlik həddini keçməyin.
Nəyisə səhv salmaq, itirmək ehtimalı var. Səfər və ya səyahəti planlaşdıranda, əlavə vaxt da saxlayın.

Qarderoba nəzər salın, köhnə əşyalardan qurtulun. Qovluqlar, fayllar, dolabdakı rəflər - hər yerə baxın.
Əyləncə və alış-veriş üçün əlverişli gün deyil.

Oğlaq - narahat, əndişəli olmayın. Niyyətini reallaşdırmağa, müəyyən adamla danışanaraq münasibətlərə aydınlıq gətirməyə çalışın.

Emosiyalara qapılmayın. İlkin nəticə mənfi olarsa da, mümkündür - konkretlik və müəyyənlik hər şeydən üstündür. Cavab almaq üçün məlumatın aranması, sorğu-suala ehtiyac duyulması lazım olan sual yarana bilər.

İşdə indiyədək qapalı qalan amillər ortaya çıxacaq. Səhhətinizə fikir verin.
Xroniki ağrıların kəskinləşməsi istisna deyil.

Axşam saatlarında yaxşı istirahət edin. Alış-veriş üçün uğursuz vaxtdır.

Axşam və gecə saatlarında internetdə çox vaxt keçirməyin.

Dolça - tələskən, effektivliyi az gündür. Lazımi vaxtda lazımi yerdə olmaq, ehtiyac yaranan təqdirdə olaylara reaksiya vermək, təcili tədbirlər görmək və heç nəyi mürəkkəbləşdirməmək gərəkdir.

Səfər bu gün çətin, gözlənilən nəticəni verməyən ola bilər. Dövlət qurumlarının nümayəndələri ilə söhbətlərdə onlara fikrinizi çatdırmaq, hüquqlarınızı müdafiə etmək və ya sorğuya cavab almaq asan olmayacaq.

Xəbərlərdən baş ağrısa da, yeni təəssüratlara tələbat az deyil.
Hansısa hərəkətiniz yeni məlumatın alınmasına, sirrin açılmasına səbəb ola bilər.

Beləcə, bilaixtiyar şəkildə intriqaya düşəcəksiniz. Problemlər istəmirsinizsə, şübhəli vəziyyətlərdən uzaq durun.

Balıqlar - hansısa planlarınız və ya niyyətlərinizdə qeyri-müəyyənlik varsa, sizi narahat edən məsələ barəsində mümkün qədər çox məlumat əldə edin.

Həmin suallara cavabları asanlıqla ala biləcəyiniz yerə yollanmağa tənbəllik etməyin. İndi qarşılıqlı əlaqə və bu əlaqənin nüanslarının çox böyük ələmiyyəti var.

Zəiflikliklərinizin qulu olmayın, gərəksiz əşya və xülyalardan imtina edin. Ətrafınızda təlaş və tələskənlik ola bilər. Yanınızdakı insanların davranış və sözlərindəki bəzi nüanslar sizə nə baş verdiyini anlamağa kömək edəcək.

Alış-veriş və ya bərbərxanaya, gözəllik salonuna getmək üçün uğurlu gün deyil.
Axşam saatlarında sakitlikdə istirahət edin.

Milli.Az