Nişan üzüyü niyə sol ələ taxılır?
27.3.2013

İnsanların evlənən zaman üzük taxma adəti qədim misirlilərin inanclarından qaynaqlanır. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklində olan cisimlərin, başlanğıc və bitiş nöqtələri olmadığına görə, sonsuzluğu təmsil etdiyinə inanırdılar. Üzük evlilik həyatının sonsuzadək davam edəcəyini simvolizə edir. Sonra bu adət və inanc romalılar vasitəsi ilə yayılmağa başladı. Arxeoloji qazıntılar zamanı o dövrə aid çox maraqlı və orijinal üzüklərə rastlanıb.

Evlilik üzüyünün sol ələ və sondan bir əvvəlki barmağa taxılması səbəbilə isə modern tibbin inkişafından əvvəlki dövrlərə aid səhv bir insan anotomiyasına aid məlumatdır. O zamanlardakı qan dövranı sistemimizdəki ana damarıın sol əlimizdə bu barmaqdan başlayıb ürəyimizə getdiyi zənn edilirdi. Beləcə buraya taxılan üzük evli cütlüyün qəlbən bağlılığını simvolizə edirdi. Düzü, hazırda damarların hardan gəlib, hara getməsi məlumdur. Lakin bir adət olaraq hələ də qalıb.

Publika.Az