"İncəsənət tariximizin pillələri" sərgisi
21.11.2011

22 noyabr Bakıda Muzey Mərkəzinin sərgi salonunda 18:00-da "İncəsənət tariximizin pillələri" sərgisinin açılışı olacaq. Sərgidə 1940-1980-ci illərdə yaradılmış, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirən və sənət tariximizdə özünəməxsus yer tutan nadir sənət inciləri nümayiş etdiriləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir və 28 noyabra qədər davam edəcək.