Dünyanın ən bahalı köynəyi - Foto
27.3.2013

Lüks geyim markalarından biri sadəcə timsah dərisindən istifadə edərək, 91 min 500 dollarlıq köynək istehsal edib.

Köynəyi istehsal edən “HERMES” firması xidmətdə və qiymətdə sərhəd tanımadığını bildirib.

Məlumatı CNBCE.COM yayıb. Qeyd edək ki, geyimi podiumda məşhur aktyor Vinsan Kassel nümayiş etdirib.

gun.az