Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində yolun genişləndirilməsi işləri aparılır.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev çərşənbə günü bildirib ki, həmin küçənin uzunluğu 1750, eni isə 7 metrdir. Genişləndirmə işləri başa çatandan sonra yolun eni 14-16 metr arasında dəyişəcək.
Onun sözlərinə görə, artıq genişləndirmə sahəsində torpaq yatağı yenidən qurulub, yolun əsası hazırlanıb. Hazırda asfalt-beton bərkitmə işləri görülür.
Milli.Az