Subaru-nun yeni simasına siz də baxın
27.3.2013

Bir neçə il inadla markanın “öz üzünü” axtarmala məşğul olan “Subaru” şirkətinin dizaynerləri, deyəsən, qəti qərara gəldilər. “Subaru”-nun bütün gələcək modellərinin əsas birləşdirici xüsusiyyəti markanın son konseptinin üslubunda olan kələ-kötür radiator barmaqlığı olacaq.

“Subaru” avtomobillərinin hazırkı “üz” tərtibetmə prinsiplərini markanın baş dizayneri Osamu Namba “çox iradəsiz” adlandırdı. Onun sözlərinə görə, bu müştəriləri sevindirmir və markanın imicinə mənfi təsir göstərir: “Biz istəyirik ki, insanlar fənərlərə baxıb fikirləşsinlər: o, bu dəqiq “Subaru”-dur!”

Buna görə də “Viziv” konseptinin əsas stilistik detalları – ilk növbədə, radiator barmaqlığı – yaxın gələcəkdə yapon markasının bütün modellərində meydana gələcək. Ondan əlavə, yəqin ki, fənərlərin forması əsaslı surətdə dəyişiləcək, bamperlər isə daha aqressiv şəkil alacaq. Ümumiyyətlə, gələcək “Subaru”-lar dizaynerlərin dediyi kimi daha “tenoloji” görünəcək.

“Automotive News” agentliyində istisna etmirlər ki, bu prinsiplərlə hazırlanmış ilk “Subaru” şirkətin bu günlərdə Nyu-York avtosalonunda göstərməyə söz verdiyi idman konsept-karı olacaq.

Osamu Namba, həmçinin qeyd etdi ki, yeni nəsil krossover “Forester”-də yeni üslubun başlanğıcını görmək mümkündür, lakin yeni siyasətin həyata keçirilməsi tədricən baş verəcək.

“Subaru”-nun şef-dizayneri dedi: “Biz hələ təzə-təzə dəyişməyə başlamışıq.”

Milli.Az