Bunlar dərini məhv edir
28.3.2013

Dəri ilə bağlı problemlər heç vaxt qəfildən ortaya çıxmır. Əgər ortada problem varsa demək sağlamlıqda nə isə çatışmazlıq var. Bəzən bəsit xətalar belə ciddi fəsadlara gətirib çıxara bilər.

1.Makiyajla yatmaq
Dəri üçün bundan zərərli başqa şey yoxdur. Əgər sağlam və gözəl dərinin xəyalındasınızsa yatağa girmədən öncə mütləq bütün makiyajı silin. Dərinizi nəmləndirin.

2.Köhnə makiyaj vasitələri
Hər bir məhsulun qapağını açdığınız andan sonra onu istifadə etmək üçün 12 ay vaxtınız var. Bundan o yana məhsulları saxlamayın. Ancaq quru göz kölgələrinin 3 il ömrü var. Buda düzgün saxlanma şəraiti olarsa.

3. Üst üstə makiyaj
Üst üstə makiyaj etmək dəriniz üçün edə biləcəyiniz ən böyük pisliklərdən biridir. Əgər makiyajınızı yeniləmək istəyirsinizsə, onda köhnəni təmizləyin.

4.Tez tez pilinq etmək
Pilinq müəyyən müddət fasilələrlə dəriyə tədbiq edilən təmizləmə vasitəsidir. Hər gün və ya 2 gündən bir pilinq etmək olmaz. Əks halda dəri aşınır və qara nöqtələr, çatlar,kimi problemlər yarana bilər.

5.Çirkli vasitələr
İllər öncə aldığınız fırçaları, süngərləri artıq atın. Bu vasitələr ölü dəri, mikrob yuvasıdır. Hər həftə makiyaj vasitələrini yuyun və yaxşı yaxşı qurudun. Mümkündürsə spirtlə təmizləyin.

ANS PRESS