Almaniyada zəncirvari yol qəzası baş verib. GoMap.Az portalının yerli mətbuata istinadən verdiyi məlumata görə, ölkənin qərbində sıx duman sürət magistralında 50-dək avtomobilin bir-birinə çırpılmasına səbəb olub. Nəticədə ən azı 3 nəfər həlak olub, 35 yaralı var.
"Vertolyotdan baxdıqda qəzanın baş verdiyi ərazi maşın zibilliyini xatırladır. Bu, bir neçə yüz metr ərazidir", - deyə polisdən bildiriblər.
Video