Bakıda “Səyyar kitab” sərgi yarmarkası keçiriləcək
28.3.2013

Bakıda kitabların sərgi yarmarkası keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və "Hədəf" nəşriyyatının birgə təşkil etdiyi “Səyyar kitab” sərgi yarmarkası martın 29-da saat 11:00-dan 17:00-dək “Binə” Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunacaq.

“Hədəf”dən verilən məlumata görə, sərgi yarmarkanın gedişində yazıçılarla görüş də planlaşdırılır.

Qeyd edək ki, “Səyyar kitab” sərgi yarmarkası Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf” nəşriyyatı arasında bağlanmış müqaviləyə əsasən keçirilir. Bu məqsədlə paytaxt ərazisində 40-dan çox mədəniyyət müəssisəsinin qarşısında analoji tədbirlər təşkil olunacaq.

APA