Həftədə velosipedlə 30 kilometr yol qət etmək ürək xəstəliklərinin yaranma riskini 50 faiz azaldır.
Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. Bir saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.
Böyük Britaniyanın Birminhem Universitetinin alimi Ceyms Timmons demişdir ki, intensiv bədən tərbiyəsi metodu ilə, həftədə üç dəfə məşğul olmaqla, hər gün idman edənlərin sağlamlığına nail olmaq mümkündür. Həmin metoda görə, bir neçə dəqiqə ərzində bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. İyirmi saniyə dincəldikdən sonra velosipedi 20 saniyə çox sürətlə sürmək lazımdır. Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20 saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır.
Bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.
AzərTAc