Planetin hər yeddinci sakini YouTube-yə daxil olur
28.3.2013

"YouTube" videohostinqi rekord qırmağa davam edir: xidmətin aylıq auditoriyası hazırda 1 milyard unikal istifadəçiyə bərabərdir.

Beləliklə, hazırda "YouTube"-da yerləşdirilmiş çarxlara planetin təxminən hər yeddinci sakini və ya Ümumdünya şəbəkəsinə çıxış imkanına malik hər ikinci insan baxır.Bu, o deməkdir ki, əgər "YouTube" ölkə olsaydı, o zaman əhalisinin sayına görə Çin və Hindistandan sonra üçüncü dövlət olardı. "Compulenta.ru" saytı bildirir ki, hər dəqiqə "YouTube" videohostinqinə 70 saatlıq video yüklənilir. Hər ay 4 milyard saatlıq videoya baxılır.

Qeyd edək ki, videohostinq 2005-ci ildə Stiv Çen və Çed Hörli tərəfindən yaradılıb. Sonra "Google" şirkəti onu 1.65 milyard dollara satın alıb.

Big.az