949 min dollara tarixi üzük
28.3.2013

Napoleonun arvadı Jozefinaya evlənərkən bağışladığı üzük satılıb. Üzük sarı qızıldan hazırlanıb, üstündə iki qarşı var: brilliant və saffir. Hər iki daş bir-birinə birləşib və üzük “mən və sən” adını alıb. Deyilənə görə üzüyün içində “bu taledir” sözləri yazılıb. Üzüyün başlanğıc qiyməti 20 min dollar olsa da o rekord qiymətə, 949 min dollara satılıb.

Xatırladaq ki, Napoleonla Jozefina 9 mart 1796-cı ildə evləniblər.

publika.az