Günün qoroskopu
29.3.2013

Qoç - intuisiya güclənir. Ətrafınızda cəmləşən və artan qapalı amillərlə yanaşı, sizinlə kiminsə maraqlanması da gerçəkdir. Situasiyanı, imkan və məqsədlərinizi hiss etməyə çalışın, davranış modelini düşünün. Yaxın gələcəkdə durumunuzun asılı olacağı seçimi etmək zamanıdır.

Ünsiyyəti yalnız ən vacib təmaslar səviyyəsinə endirin.

Narahat olmamaq üçün çalışın, cari işləri yerinə yetirin.
Ailənin yaşlı fərdlərini diqqətsiz qoymayın. Axşam saatlarını ailəyə həsr edin.

Buğa - işin çətin məkanını qaydaya salmaq üçün maksimum səy göstərin. Şübhə yaradan məsələdə müəyyənlik və aydınlığa nail olun.

Emosiyalarınıza ifrat diqqət ayıraraq əhatənizdəki adamların davranışlarına laqeyd qalmayın. Təmasları azaldın, boş söhbətlərə qatılmayın, şayiə və dedi-qodu ötürücüsünə çevrilməyin.
Etiraflar günü deyil.

Yanınızdakı, yaxud üz tutduğunuz insanlar sizin fikrinizi dinləmək niyyətində deyillər. Kimsəni nəyəsə inandırmaağa can atmayın. Özünüzə izafi diqqəti cəlb etməyin.

Unutmayın ki, izafi gərginlik və yorğunluq səhhətinizdə əks oluna bilər.
Yollarda ehtiyatlı və sayıq olun.
Travma, zədə, yanıq riski var.

Əkizlər - son vaxtlar sürəkli hiss olunan gərginliyi azalda biləcək hadisələr yaşana bilər. Təmaslarda emosiyalar çoxdur və onların öhdəsindən gəlmək lazımdır.

Dostlardan biri ilə münasibətlərdə kəskin dəyişiklik baş verə bilər. Yekun qərar verməyə tələsməyin. Hansısa məsələ şübhə yaradırsa, pərişan qalmayın.

Küsənləri barışdıran, yaranan problemlərin həllini arayan insan ola bilərsiniz.
Fəaliyyətinizin maliyyə yönlərinə xüsusilə diqqət yetirin. İtkilər, yanlışlıqlar, zərərlər ola bilər.

Alış-verişi təxirə salın.
Axşam saatlarını evdə keçirin.

Xərçəng - hisslər tarıma çəkilib. Mühüm qərar qəbul etməyinizə ehtiyac duyulur. Prioritetləri müəyyənləşdirin, məqsəd və hədəfləri bəlirləyin.

Yaşanan olayların batinini anlamağa çalışın.
Tələsməyin, situasiyaya uyğunlaşın, dürüst qərar qəbul edin. Bundan sonrakı olayları və ya addımları planlaşdırmaq olar. Diqqətli olun.

Fikrinizi bir məqama yönəltsəniz, mühüm hadisəni nəzərdən qaçıra bilərsiniz.

Güclü potensiala malik gündür. İzafi çalışmayın, əks təqdirdə yaxın ətrafdakı insanlarla münaqişə, travma və ya zədə riski istisna deyil.

Müşahidə olunan vəziyyəti nəzərə alaraq tərəfdaşlar və ya şəriklə müzakirələr aparın.

Yükün ədalətsiz bölüşdürüldüyünü sandığınızdan yaranan gərginliyi aradan qaldırmaq gərəkdir.
Nigaranlıq və ya narahatlıq doğuran situasiyalarda intuisiyanıza güvənin.

Şir - kənardan gələn impuls sizi açıq danışmağa, hansısa məsələdə müəyyənliyin bərqərar olmasına çalışmağa vadar edə bilər.

Günün ilk yarısında nüfuzlu insanla münaqişəyə başlamayın.
Həyatda nəyə nail olduğunuzu, qarşınıza necə məqsəd və hədəflər qoyduğunuzu düşünün.

Günün ikinci yarısında əlavə işlər yarana bilər. Fəqət istirahətə, zahiri görkəminizin qayğısına qalmağa da vaxt ayırın.

Bol su, yaxud da çay için. Alış-veriş üçün əlverişli gündür.

Qız - hissiyatınız və emosional gərginlik artacaq. Bir çox problemləri intuitiv hiss etmək və qarşısını almaq olar. Aktivliyi bir qədər azaldın, baş verənlərin önəmini artırmayın.

İş, ev qayğıları və ailə münasibətləri izafi diqqət tələb edir. Qayğıkeş, şəfqətli olun.

Şəxsi planlar alt-üst ola bilər. İstəyinizə rəğmən, başqalarının problemlərini həll etməli olacaqsınız. Yardımdan imtna etməyin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.
Çox yeməyin, əsəbi və gərəksiz əlaqələr qurmayın. Bütün müşküllər səhhətinizə təsir edə bilər.

Tərəzi - prioritet mövzulara diqqət ayırın. Yarımçıq qalmış işləri başa vurmağa çalışın, əks təqdirdə emosional gərginlik qaçılmazdır.

Şəxsi münasibətlərdə anlaşılmazlıqlar və emosiyaların qəfil "partlayış"larına yol verməyin. Səhviniz varsa, etiraf edin, fikir ayrılıqlarını çözün.

Öz işinizlə məşğul olun və başqalarına da bu imkanı verin.
Yaxın ətrafınızdakı insanlar arasında kimsə ilə manipulyasiya etməyin. Əks təqdirdə nüfuzlu şəxsin dəstəyini itirə bilərsiniz.

Ev işləri üçün vaxt tapın. Yaşam arealında qayda yaradın.

Əqrəb - gələcəyə ümidləriniz və perspektivlərinizlə bağlı informasiya, yaxud da yaşam arealınızda qayda yaradın.

Ciddi gərginlik, hansısa çözüm və ya xəbər gözləntisi ola bilər. Kursun dəyişməsi istisna deyil. Hansısa plandan imtina edərək yeni istiqamət seçə bilərsiniz. Yeniliklərdən qurtulmaq mümkün deyil: indi inqilabi islahatlar vaxtıdır.

Arxada qalan körpüləri şəxsi təşəbbüslə yandırıb uçurmayın, zamanın sınağından keçmiş əlaqələr və iş metodlarından imtina etməyin.
Səfər və ya gəzinti planlarınızı təxirə salaraq cari problemlərin təcili həllini tələb edə bilər.

Uzaqdan gələn xəbər güclü emosional əks-səda yaradacaq. Müəyyən təmas və ya münasibəti yenidən dəyərləndirilməyə ehtiyacı var.

Axşam saatlarını sakit şəraitdə keçirin, özünüzə vaxt ayırın.

Oxatan - gərginlik pik həddinə çatıb. Problemlər ehtimal etdiyiniz mənbədən və ya səmtdən gəlməyəcək.
Bütün proseslərə nəzarət edə biləcəyinizi düşünməyin. Daxili dinamik tarazlığa nail olun, diqqət tələb edən situasiyaya dərhal qatılın.

Görüş, müzakirə, təmir, səfəri təxirə salın. İnformasiya axtarışı, şəxsi tədqiqatlar optimal məşğuliyyətdir.
Ailə üzvlərinə daha çox diqqət ayırın. Sevdiyiniz insanla sizin aranızdakı hisslərdə yeni impuls müşahidə oluna bilər.

Oğlaq - bu gün bir çox məqamlara aydınlıq gələ bilər. Tərəfdaşla münasibətlər stressə meyllidir. Aktiv, enerjili olun, sizi narahat edən suallara cavab arayın.

Amma sizinlə razı olmayanlar var və rəqiblər "oyun qaydaları"nı poza bilərlər.
Qarşınıza qoduğunuz məqsədə doğru qətiyyətlə, əzmlə irəliləyin. Detalları, təfərrüatları diqqətlə yoxlayın.

Mühüm sahənin nəzarətsiz qalmasına imkan verməyin.
Dominant rolunu oynamaq istəyən fərdin təzyiqlərinə yol verməyin. Qısqanclıq və rəqabət yanğısı mənfi hisslər yarada bilər. Yaxınlarınıza qayğı göstərməyi unutmayın.

Əks təqdirdə onlar özlərini gərəksiz və unudulmuş hiss edə bilərlər.

Dolça - enerji axını və niyyətləri qaydaya salmaq, planlaşdırılan işi görmək və situasiyaya nəzarət etmək gərəkdir. İfrata varmayın, sayıq olun.

İstənilən xəbər və ya məlumatı emosional qəbul etməyin. Problemləri olan insanlar sizə can atacaq, danışmaq istəyəcəklər. Bunların sizə də gərək olması istisna deyil. Fəqət, sizi zəiflədə biləcək sirrləri qoruyun.

Yaxın ətrafınızdakı insanlar və bilavasitə özünüzə faydalı işlə məşğul olun.
Evdə köhnə əşyalarla, mənfi xatirələr oyadan nəsnələrdən qurtulun.
Kəsici alətlərlə və elektriklə ehtiyatlı olun.

Balıqlar - əsəbi, gərgin gündür. Yaxın ətrafınızda olan insanlarla münasibətləri aydınlaşdırmağa çalışmayın. Yığılıb qalan emosiyalar çıxış yolu arayır, amma etiyatsızlıq ciddi səhvlərə səbəb ola bilər.

Narazılığın kritik həddə çatdığı münasibətlər üçün təhlükəli gündür. Həmin münasibətlər sizin üçün dəyərlidirsə, kompromis və güzəşt ən yaxşı yoldur.

Ailə üzvlərinin problemləri ilə maraqlanın. İnadkar olmayın. Situasiyaya təsirin konstruktiv, ətrafdakılar üçün daha az nəzərə çarpan təsir vasitələrini arayın.

Neytral mövqe tutun, hadisələr və yeniliklərin aydınlaşmasına imkan verin.
Alış-verişi təxirə salın.
Axşam saatlarında evdə qalmaq məsləhətdir.

Milli.Az