Qəbələdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti olmuşdur
2.8.2011

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.
A
vqustun 1-də “Qafqaz Resorte” hotelinin qarşısında açıq səma altında keçirilən dünya şöhrətli dirijor Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkesrtinin konsertində bəstəkar F.Mendelsonun “İtalyan simfoniyası”, eləcə də violin və orkestr üçün konserti, Y.Massnenin “Verter” operasından Verterin ariyası, V.A.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası, C.Puççininin “Bohema” operasından Rudolf və Marselin dueti səsləndirilmişdir.
Orkestrin çıxışı italiyalı Klaudio Vandellinin dirijorluğu ilə baş tutmuşdur. Orkestr solo ifadan əlavə, Litva Kamera Orkestrinin direktoru Sergey Krılovı (violin), İtaliyanın R.Tebaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədovı (bariton), İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alan tenor ifaçısı Azər Rzazadəni də müşayiət etmişdir.
Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.