Dünyanı özünə heyran qoyan ən zövqlü qadınlar
29.3.2013

Bu qadınların hər birinin ayrı bir iddiası və özlərinə məxsus tərzləri var. 50-ci və 60-cı illərdə yaratdıqları dəb və tərzləri ilə dünyada ən çox danışılan qadınlar sırasında yer alır. Bir çox modelyerlərin ilham aldığı dəb ikonları Marilyn Monroe, Audrey Hepburn, Grace Kelly, Brigitte Badrot və Jane Birkindir.

Mariliyn Monroe
1946-cı il –ci dünya müharibəsindən sonra xalıqın əhvalını qaldırmaq və insanları sevindirmək üçün Hollywood adı verilən yeni bir dünya qurulur. Bizi bu dünya ilə yaxından tanış edən insanların başında isə Marlyn Monroe gəlir. O, kino aləminə gəlməklə dəb dünyasında fenomen olur. Sapsarı dalğalı saçları, süni kirpiklərinə, qıpqırmızı dodaq boyasına və geyindiklərinə qədər 50-ci illərin cazibədar və seksual qadını olur. Lakin illər keçməsinə baxmayaraq, Marilyn hələdə dünyanın sevilən qadınları arasında qala bilib.


Audrey Hepburn
50-ci illərdə Hollywoodun dünyaya qazandırdığı digər bir vacib ad Audrey Hepburndur. Fərqli tərzi və gözəlliyi ilə təkcə kişilərin könlündə deyil, qadınların da ürəyində taxt qura bilib. 50-ci illərdə öz tərzi ilə yeni dəb yaradır. Seksuallıqdan uzaq bir tərzi ilə Hepburn qara, qısa saçları, uzun əlcəkləri, qara uzun geyimləri və dar şalvarlarıyla bir görüntü ilə hafizələrdə qalır.

Grace Kelly
Oscar mükafatı almış bir aktrisa olmağından daha çox evlilik sonrası qazandığı Monaco Prensesi ünvanı ilə o dövrün ən unutulmaz adaları sırasında yer alır. Kelly sarı dalğalı saçları, qırmızı dodaq boyası ilə 50-ci illərin dəbini təqib etsə də, adətən sadə geyimləri və zərif zinət əşyaları ilə modelyerlərin ilham qaynağı olur. Saf gözəlləyi ilə müasir dövrümüzdə də adı tez-tez hallanır.

Brigitte Bardot
50-dən 60-cı illərə keçən və Marilynin başladığı seksual dəb axımını Brigitte Bardot davam etdirir. Sarı, uzun, qabarıq saçalarını, dumanlı göz makiyajı ilə tamamlayırdı. Onun fərqliliyi isə geyimlərində istifadə etdiyi aksessuarları idi.

Jane Birkin
60-cı illərdən sonra dəb aləmi bambaşqa bir istiqamət alır. Dəb dünyasının yeni bir ikonu peyda olur. Jane daha çox küçə stili, rahat və boş geyimlərlə öz tərzini yaradır. Qəhvəyi, düz saçları və mavi gözləri ilə hamını özünə valeh edir. Qüsursuz bədən quruluşuna sahib olmasına baxmayaraq, boş geyimləri sevir. Həmçinin qısa şort və donları ilə dəb ikonlarından birinə çevrilir.

publika.az