ANS-in jurnalistika kursları başlayır
29.3.2013

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi Azərbaycan Amerika jurnalistika akademiyası kursları start götürür.

Azərbaycan və Amerika Birləşmiş Ştatlarından olan peşəkar media mütəxəssislərinin aparacağı kursları müvəffəqiyyətlə bitirənlər televiziya və radio jurnalistikasının əsaslarına yiyələnəcək və tədrisin sonunda sertifikat alacaqlar.

Kurslara qatılmaq istəyənlər şəxsiyyət vəsiqəsi və diplomlarının sürətlərini ANS televiziyasına təqdim etməlidirlər. Müraciət edənlərdən Azərbaycan, rus və ingilis dillərini səlist bilmələri tələb edilir. Sənədlər ANS TV-də qəbul edilir. Gözləyirik. Dəqiq, qərərzsiz və vicdanlı xəbərə ən qısa yol artıq açıqdır.

ANS PRESS