Həkimlər Yaşamayacaq dedilər, amma...
29.3.2013

İngiltərənin Qloçesterşir şəhərində bu ilin fevralın 11-də anadan olan uşaq çəkisi ilə görənləri heyrətləndirir. 21 yaşlı Ryan Kinq və 21 yaşlı Ceyd Pakerin oğulları Corc Kinqin boyu 70 sm, çəkisi isə 8 kiloqramdır.

Doğulandan sonra 10 dəqiqə nəfəs ala bilməyən uşağın öləcəyini deyən həkimlər onun sağ qalmaq şansının maksimum 10 faiz olduğunu söyləmişdilər.

6 həftədən sonra Corc yaşadığı Qloçesterşir şəhərinin ən böyük uşağı sayılır.

16 saatlıq əməliyyatdan sonra doğulmuş Corcun çiyinləri bərk sıxıldığından o, dünyaya gələndən sonrakı 10 dəqiqə nəfəs ala bilmirdi.

Normal uşaqdan 2 dəfə böyük doğulan Corcun anası Ceyd Paker deyir: "Doğuşda 20 həkim vardı. Anam da yanımdaydı. Çox qorxmuşdu, şok vəziyyətində idi. Corc o qədər böyük idi ki, hamı heyrətləndi. Oğlum balaca, amma böyük möcüzədir".

Big.az