Bakı Uşaq Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli 12 nəfərdən ibarət illüziya şousuna hazırlaşır.
Şou proqramı aprelin 30-da və mayın 1-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında təqdim ediləcək.
İki saat davam edəcək şouda böyük və kiçik həcmli illüziyalar, ümumiyyətlə, çox fərqli nömrələr nümayiş olunacaq.
İllüziyaçıların eyni şouda çıxışları, nömrələrin vahid süjet xəttində qurulması, Azərbaycanda bu günədək göstərilməyən nömrələrin nümayişi şounun fərqli cəhətlərindəndir.
AzərTAc