Qoç - xoş təəssüratlar və müsbət emosiyalar vəd edən gündür. Planlaşdırılmamış hadisə, nəzərdə tutulmayan görüş baş tuta bilər.
Səhər saatlarından etibarən yaşamın axarına hazır olun. Yeni insanlarla tanışlıq, bilik və təcrübə əldə edilməsi üçün əlverişli gündür. Xeyli vaxtdır sizi narahat edən məsələ qəflətən həllini tapa bilər.
Fəqət, səy göstərin, problemin çözümünü arayın. Sizi narahat edən, hisslərinizdə diskomfort yaradan insanla danışın.
Sükan arxasında, yolda, nəqliyyatda ehtiyatlı olun.
Dostlar və qohumlarla ünsiyyət üçün optimal vaxtdır.
Risk etməyin, cəsarətinizi göstərməyin, təhlükəli məkanlara yollanmayın.
Buğa - bu gün iş çox olacaq. Gözlənilməz tapşırıqlar istisna deyil. Mühüm situasiyanın məzmunu ilə yanaşı, həmin məsələyə münasibət və yanaşma tərzi də dəyişə bilər.
Planlar pozulur, vəziyyət məcrasından çıxır. Hadisələri əvvvəlki axarına qaytarmaq üçün səy göstərməyiniz tələb olunur. Hisslər və münasibətlər üçün mürəkkəb gündür.
Münaqişə, mübahisələr, çox baha başa gələ biləcək etiraf vaxtıdır. Sirr saxlamaq istədiyiniz hadisə barədə xəbərin yayılmasına imkan verməyin.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sürprizlər vəd edir. Məqsədə doğru cari şərtlərin köməyi ilə hərəkət edin. Hədəfə irəliləyiş çox incə qarşılıqlı fəaliyyət çərçivəsində mümkün ola bilər.
Maliyyə əməliyyatları, bahalı əşya almaq məsləhət deyil.
İnformasiya ilə işləyin, internetdəki əlaqələrinizi təftiş edin.
Əkizlər - təxminlənməsi çətin gündür. Əməlləriniz və fəaliyyətinizlə hazırlaşdığınız nəticəni əldə etməyə bilərsiniz. Buna rəğmən günün təmayülləri sizin üçün uğurludur.
Səhvləri asanlıqla aradan qaldırmaq olar. Hər şey planlaşdırdığınızdan da yaxşı variantda alına bilər.
Dəyişməyinizə imkan verin. Heç bir mənası qalmayan nəsnələrdən imtina edin. Ciddi yeniliklər sizdən yan keçirsə, hansısa məqamı məcburi olaraq saxlamağa çalışmayın.
Yarımçıq qalan, tamamlanmamış təsir bağışlayan mövzunu bitirin. Fəaliyyətinizə yenidən baxın, yaranmış situasiyadan xeyriniz üçün istifadə edin. Böyük zəhmət və ağır səylər bahasına əldə etdiyiniz nəticə ilə risk etməyin.
Səfər, gəzinti, təmir, kompüterə baxış üçün əlverişli gün deyil.
Xərçəng - həyatınızdakı rahatlıq və işinizdəki nizam qəfil müdaxilə, kənar təsir ilə pozula bilər. Çoxdan bəri hazırladığınız, uğura istiqamətlənmiş iş qəflətən pozula bilər.
Bununla belə, dərhal məşğul olmağınız gərəkən məsələ də peyda olacaq. Ümumi fəaliyyətiniz olan insanların fikirlərindən agah olun, onların dediklərini dinləyin.
Yeni resurslar və imkanlar arayanda ehtiyatlı olun. İlk baxışdan nəzərə çarpmayan maneələr ciddi çətinliklər yarada bilər.
Toplantı, müzakirə, sövdələşmə və danışıqlar üçün uğurlu gündür. Emosiyaların işə təsir etməsinə imkan verməyin.
Diqqətli olun. İzafi tələbkarlıq və sərtlik göstərməyin. Kreativ olduğunuzu nümayiş etdirin.
Şir - ənənəvi davranış və iş ahənginizi poza biləcək qərarlar qəbul etməyin.
Cəsarətli açıqlamalar, ekssentrik davranış və ya gözlənilməz qərar tərəfdaşınızın təəccübünə səbəb ola bilər. Enerji bolluğundan daha məntiqli şəkildə istifadə edin. Fiziki işlə məşğul olun, stressdən qurtulun, əlavə pozitiv effektə nail olmağa çalışın.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın.
Telefonu söndürməyin, maraqlandığınız məlumatı internetdə arayın. Aramadığınız informasiyanı da tapa bilərsiniz.
Qız - qəfil stress, gözlənilməz reaksiyaya səbəb ola biləcək hadisələr baş verə bilər. Planlar qurmaq çətindir. Sizdən sürətli və orijinal həll, çözüm tələb olunur. Bütün ideya və təkliflərə diqqətlə yanaşın.
Xüsusi ehtiyac olmadan təmir işləri aparmaq, evi nəzarətsiz qoymağa dəyməz. Yaxınlarınızın qayğısına qalın.
Sevdiyiniz insanların yanında olun.
Valideynlərinizlə münasibətləri aydınlaşdırmağa çalışmayın, əks təqdirdə səbəbsiz münaqişələr baş verə bilər. Gərginliyin həddini aşağı salın.
İşlərdə və ya münasibətlərdə mühüm dönüşə səbəb ola biləcək spontan hadisələr yaşana bilər. Dəyişikliklərə hazır olun.
Nə etməyinizdən asılı olmayaraq, diqqətli və sərvaxt davranın, nəzarəti itirməyin.
Tərəzi - hadisələrin axınından kənar qalmaq, hər şeyin sakitləşəcəyi anı gözləmək mümkün olmayacaq. Buna görə də günün ilk yarısından etibarən çevik, mütəhərrik, qıvraq olun.
İşdə və evdə qayda yaradılması, nizamın bərqərar edilməsi ilə məşğul olun.
Alış-verişi günün ikinci yarısına saxlamayın.
Sizi maraqlandıran hadisələrin mərkəzində olun, mühüm olayı nəzərdən qaçırmayın.
Konkret planlar qurmayın. Gərginlikdən, narahat gözləntidən qurtulun. Yaşamın özündən proses təki həzz alın, həyat arealınızı tədqiq edin. Öz dalğanızda olun, kimsənin qarşısında əyilməyin, zalımın önündən geri çəkilməyin.
Kimisə və ya nəyisə gözləməyin, şərtləri özünüz müəyyənləşdirin.
Əqrəb - emosional durumunz ətrafınızdakı insanlara təsir edir. Yaşamınıza yeni mövzu daxil olur, yeni maraq, fəaliyyət sahəsi peyda olur.
Narahatlıq və ya qayğı varsa, onun səbəbini anlamağa çalışın. Mühüm cavablar alaraq perspektivləri anlaya biləcəyiniz əlaqələrə günün energetikası rəvac verəcək. Problemi çözmək üçün sürətli, ayıq, amma soyuqqanlı olun.
Emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. "Bu mənə lazımdırmı?" sualına cavab tapmadığınız işlə məşğul olmayın. Mühüm məsələlərdən birində artıq səhər yön dəyişməsi və istiqamətin fərqli vəziyyət alması istisna deyil.
Şəxsi münasibətlərdə çətin dövrdür. Hirs, düşünülməmiş deyilən sözlər və acıqlı davranış gözləntinin vaxtının uzandığı münasibəti darmadağın edə bilər.
Marağınızın digər obyektə keçməsi ehtimal olunur.
Axşam saatlarında dincəlin, eyniniz açılsın. Dostlarla əyləncə, yazışma, şən məclis kefinizi durulda bilər.
Oxatan - aktiv, hadisələrlə zəngin gündür. Yaradıcılıq imkanlarınızı inkişaf etdirin, parlaq və güclü təəssüratlarınızı fəaliyyətinizin xeyrinə çevirin.
Səfər, gəzinti, dəvətli tədbir və toplantı xoş hisslər, müsbət emosiyalar yarada bilər. Dörd divar arasında qalmayın, harasa gedin, ünsiyyətdə olun, tərifləyin, təriflənin, rəğbət nişanələrini hiss edin.
Görüş və ya virtual kontakt istisna deyil. Rəqabətin güclənməsi də ola bilər. Ona görə də günün ikinci yarısındakı görüşləri diqqətlə seçin.
Evdə dəyişikliklər üçün əlverişli vaxtdır.
Alış-verişdə simiclik etməyin.
Oğlaq - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər.
Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil.
Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.
Alış-veriş üçün əlverişli gündür.
Aktiv ünsiyyətdə olun, bilik və bacarıqlarınızı bölüşün, təcrübənizdən başqalarının bəhrələnməsinə mane olmayın.
Dolça – inkişaf edən hadisələr məcrasında bu gün önəmli olacaq. Passivlik etməyin, ətalət nümayişindən kənar durun.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə yeniliklər, sürprizlər ola bilər. Sizinlə və ya fəaliyyətinizlə maraqlanan insanlar var. Bütün sirlərinizi açmayın. Çoxdan maraqlandığınız məsələnin açmasına bu gün nail ola bilərsiniz.
Ciddi hisslər yarada biləcək tanışlıq yaşana bilər. Perspektivi olmaya işə başlayaraq vaxt itkisinə yol verməyin.
Günün ikinci yarısında təmayüllərdən yararlanaraq çox iş görə bilərsiniz.
Alış-veriş üçün əlverişli gündür.
Balıqlar - dinamik və hadisələrin sürətlə inkişaf edəcəyi bir gündür. Rəqabət və ya işgüzar münasibətlərə şəxsi məsələlərin qarışması ambisiyalarınızla maliyyə gözləntilərinizə təsir edə bilər. Güclü narazılıq impulsu istisna deyil.
Münasibətlərdə kompromiss tapmaq, ziddiyyət və ambisiyaları çözmək, hissləri sakitləşdirmək asan deyil. Arzuladığınız nəsnənin əlçatmaz olduğunu anlayanda yeni orientirlər seçin.
Dəyişikliklər üçün əlverişli gündür.
Aktivliyiniz yeniliklərə rəvac verməli, köhnə yeni ilə əvəzlənməlidir.
Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında qonaq qəbul etmək, yaxud da qonaq getmək olar. Tək qalmayın. Yarımçıq işləri sabah başa çatdırmaq olar.