1 aprel- Gülüş günü, bu gün ad günü olanları təbrik edirik
1.4.2013

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi.

1564-cu ilde Fransa krali IX Charles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verdi. Bundan əvvəl Fransada yeni ili 1 aprelde qeyd edirdilər. O zamankı rabitə şərtlərindən IX Charlesin bu qərarı ölkədə çox da yayilmadi. Məsələdən xəbərdar olan isə protest məqsədile köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onlari aprel axmaqlari kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəberlər yaydılar. Uzun illər sonra Yanvarın ilk ayı olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlerinin bir parçası kimi görərək davam etdirdilər. Oradan da bu dünyaya yayıldi.

1 Aprel dünyanın bir sıra ölkələrində adətən əyləncə və aldatmaq günü kimi qeyd olunur. “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir.
XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib.

. Beləliklə 1 aprel "zarafat", "gülüş" günü kimi qeyd olunur

Bu gün doğulan məşurlar;

1578 - Uilyam Harvey - ingilis fizik.
1809 - Nikolay Qoqol - rus yazıçı.
1815 - Otto fon Bismark - Prussiya və Almaniyanın dövlət xadimi, Almaniya imperiyasının ilk kansleri.
1873 - Sergey Raxmaninov - rus bəstəkar.
1920 - Tosiro Mifune - Yaponiya aktyoru.

Biz də aprelin 1 doğulanları ürəkdən təbrik edirik,üzünüzdən hec vaxt gülüş əskik olmasın, xoşbəxt olun, bütün arzularınıza catın.

Bir gülümsəmə sevgini və insan olmanın açarıdır
Bir gülümsəmə daxili aləmimizin gözəlliyini xaricə əks elətdirir
Bir gülümsəmənin elə bir böyüklüyü yoxdur, fəqət çox şey qazandırır.
Bir gülümsəmə, gülümsəmə bəxş edəni yoxsullaşdırmadan alanı zənginləşdirir.
Bir gülümsəmə bir an çəkər, bəzən isə əbədiyyən yaşar.
Bir gülümsəmə yorğun olan insanı rahatlaşdıra bilər.
Bir gülümsəmə ümidsiz olana nəşə və həyat bəxş edər.
Bir gülümsəmə qaranlıq bir çöhrəni aydınlada bilər.

Bir gülümsəmə satın alına bilməz, xahiş ilə əldə edilə bilməz.
Bir gülümsəmə pul kimi borc verilə bilməz, oğurlamaq da mümkün deyil.
Bir gülümsəmə həqiqi olmadıqda heç bir işə yaramaz.
Bir gülümsəmə ona ehtiyacı olanlara dərman kimidir.
Bir gülümsəmə sevgi körpülərini sağlamlaşdırır.
Bir gülümsəmə bəzən həyatı xilas edir.
Bir gülümsəmə müharibəni də dayandırır.
Bir gülümsəmə bəzən gülümsəməyəni də gülümsədir.
Bir gülümsəməni ehtiyacı olana bol-bol verin.
Bir gülümsəməyə gülümsəməyənlərin ehtiyacı olduğunu unutmayın!
Bir gülümsəmə evdə səadət, iş yerində müvəffəqiyyətdir.
Bir gülümsəmə başqalarına güzəşt etməkdir.