Fransanın paytaxtı Parisdəki Luvr muzeyi ötən il dünyada ən çox ziyarət olunan məkanların reytinqinə liderlik edir.
“The Art Newspaper”nin araşdırmasının nəticələrinə görə, ötən il Luvr myzeyini 9,7 milyon nəfər ziyarət etmişdir. Reytinqdə ikinci yeri Nyu-Yorkun Müasir İncəsənət Muzeyi, üçüncü yeri isə London Muzeyi tutmuşdur.
Dünyanın ən populyar sərgisi isə Tokiodakı Metropoliten Muzeyində “Dutch Old Masters” olmuşdur.