“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının bu il təhvil verilməsi nəzərdə tutulsa da, kommunikasiya problemləri və gecikmələrlə əlaqədar bu, mümkün olmayacaqdır. Həmin stansiyaların gələn il istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə müsahibəsində demişdir.
Tağı Əhmədov yeni stansiyalar tikilərkən ərazidəki obyektlərin köçürülməsi ilə bağlı da çətinliklərin yarandığını qeyd etmişdir.
Rəis bildirmişdir ki, metro tikintisi üçün boş yerlər yoxdur, bunun nəticəsində köçürmələr mütləq olmalıdır.
AzərTac