Böyük TeatrIn balet ulduzlarI Bakıda çıxış edəcəklər
1.4.2013

Aprelin 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası olacaqdır.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, tamaşada əsas partiyaları Rusiya Akademik Böyük Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Marianna Rıjkina Vladislav Lantratov ifa edəcəklər.
Tamaşa Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə keçəcəkdir.
2011-ci ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında M.Rıjkina və V.Lantratov “Don Kixot” tamaşasında Kitri və Bazil partiyalarının ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülmüşlər.
Böyük Teatrın ulduzları bir sıra başqa ölkələrdə də uğurlu qastrol səfərlərində olmuş və öz çıxışları ilə tamaşaçıların rəğbətini qazanmışlar.

AzərTac