Alimlər hesablayıblar ki, hər şeyə maraq göstərən uşaqlar 4 yaşlı qızlardır. Onlar gündə 390 sual verirlər. Bu hər 1 dəqiqə 56 saniyəyə 1 sual deməkdir.
Alimlər 2-10 yaşlı uşaqları olan 1000 anadan sorğu ediblər. Analar səhər 7:19-dan axşam 19:59-a kmi hər 2 dəqiqə 36 saniyəyə bir suala cavab verməli olublar.
Uşaqlar ən çox sualı yemək zamanı verirlər (11 sual). Daha sonra suallar mağazaya gedən zaman verilir (10 sual). 82% uşaq sualı məhz anaya verir, 24% bunu ona görə edirlər ki, ata onsuz da uşağı ananın üstünə göndərəcək.
Bir il ərzində qadın 105 120 uşaq sualına cavab verir. Sualların sayı uçağın cinsindən və yaşından asılıdır. Məsələn , 9 yaşlı oğlanlar özlərinə arxayındırlar və gün ərzində 144 sual verirlər. Böyüdükcə uşaqlar daha mürəkkəb suallar verirlər. 82% analar etiraf edirlər ki, onlar böyük uşaqların suallarına cavab verməyə çətinlik çəkirlər.
Big.az