Bu mövsümdə aksessuarlarda statement boyunbağılar çox dəbdədir. Bir sürü fərqli statement boyunbağılardan sizdə alıb dəblə uyğunlaşa bilərsiniz.
Bu mövsümdə üzə çıxan Statement boyunbağılar hər kəsin diqqətini çəkir. Yaxalıq kimi duran və cəlbbedici boyunbağıların bir çox forması var. Geometrik, Metal, Qaşlı, Muncuqlarla bəzədilmiş və.s.
1. Ağır Metal
Yazda ən dəbli aksessuarlardan biri böyük və metal boyunbağılardır. Bir çox modelyerlərin dəfilələrində gördüyümüz bu boyunbağılar, diqqət çəkən olduqları qədər şarmlı və idman stili sərgiləyə bilir.
2. Plastik
Tüldən yazırlanmış geyimlər indi çox dəbdədir və demək olar ki, bütün kolleksiyalarda yer alıb. Plastiklərə yapışdırılan qaşlarla və diqqət çəkən rəngli plastiklərlə hazırlanan boyunbağılar bu yaz çox dəbdədir.
3. Geometrik
2013-ün podiumunda ən çox gördüyümüz modellər geometrikdir. Geometrik dəbi boyunbağlarda da öz əksini tapıb. Geometrik formalardan ibarət boyunbağılar həm şarmlı, həm də fərqli görünməyinizi təmin edəcək.
4. Renkli
Yazın əlvanlığınızı boyunbağılarnızda da əks etdirə bilərsiniz. Rəngarəng boyunbağılar şən əhval ruhiyyə yaradır. Eyni zamanda sadə geyiminizi daha şarmlı edə və dəbə uyğun bir görüntü qazana bilərsiniz.
5. Qabardılmış aksessuarlar
Saray aksessuarlarına bənzəyən bu boyunbağılar, düz, ağ köynəyi belə dəbli gecə geyiminə çevirə bilər. Yaz gecələrində ziyafətlər üçün olduqca əlverişli aksessuarlardır.
Publika.Az