Yazın ən trend metal kəmər dəbi - FOTO
1.4.2013

Soyuq qış günlərində olduğu kimi, yazda da metal kəmərlər dəbə minir.

Bu il dəri kəmərlərin yerinə metal kəmərlər dəbdədir. Bir neçə mövsümdür ki, nazik dəri kəmərlə çox dəbdə idi. İndi isə metaldan hazırlanmış incə kəmərlər dəbdədir. Qızılı və gümüşü rəngli metal kəmərlər ilin trendinə çevriləcək.

Bəs, bu kəmərləri necə istifadə etmək lazımdır?

Maksi ətəklərlə
Keçən qışdan bu yana maksi ətəklər bu mövsümdə dəbini davam etdirir. Bu ətəkləri incə metal kəmərlərlə kombinləyə bilərsiniz. Kəmərlərin qalın, orta və ya incə modelləri də var. Amma incə kəmərlər daha zərif görünür.

Qələm ətəklər, yüksək belli şalvarlar və yun köynəklər
Qələm ətəklər, yüksək belli şalvarların və köynəklərin üstündən taxa biləcəyiniz bu kəmərləri parlaq metaldan hazırlanan aksessaurlar, çantalarla birlikdə istifadə etməyin. Çünki yad planetlilər kimi görünə bilərsiniz. Sadə geyimlərdə istifadə etmək daha çox məqsədəuyğundur.

Publika.Az