Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışmasının seçmə oyunu keçirilmişdir.
Yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirin aparıcısı “Nə? Harada? Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının “Büllur bayquş” mükafatına layiq görülmüş Rövşən Əsgərov olmuşdur.
Gərgin keçən mübarizədə Moskva Maliyyə Universitetinin komandası qalib gələrək final oyununda iştirak etmək hüququ qazanmışdır.