Sabah Bakıda beynəlxalq İKT sərgisi başlayır
22.11.2011

Noyabrın 23-26-da Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı («BakuTel-2011») keçiriləcək.
“BakuTel” sərgi və konfransı çərçivəsində, ilk dəfə olaraq, “Smart Zone” (“İntellektual ərazi”) layihəsi start götürəcək. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərə İKT sahəsinə aid olan layihə və proqramlarını nümayiş etdirmək imkanını təmin etməkdir.
Bu il, illik “BakuTel” sərgisinin keçirilmə tarixi Azərbaycanda Rabitənin Yubiley bayramı ilə üst-üstə düşür. İlk telefon xətti Bakıda hələ 130 il bundan əvvəl Nobel qardaşları tərəfindən çəkdirilmişdir və Azərbaycanda rabitə sənayesinin tarixi məhz həmin vaxtdan etibarən başlamışdır.