Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli xanəndəsi, xalq
artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir
keçirilib.
Muğam Mərkəzinin foyesində görkəmli muğam ifaçısının həyat və
yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirib. Yubiley mərasimdə
Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin
direktoru Rəfael Hüseynov Xan Şuşinskinin müstəsna istedada, geniş
diapazonlu, gur və məlahətli səsə, yüksək ifaçılıq mədəniyyətinə malik
olduğunu qeyd edib.
Tədbirdə sənətkarın həyat yolunu və ifaçılıq məharətini əks etdirən
videomateriallar nümayiş olunub. Gecədə tanınmış və gənc muğam ifaçıları
geniş konsert proqramı ilə çıxış ediblər.