Xan Şuşinskinin 110 illiyi qeyd edilib
22.11.2011

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
Muğam Mərkəzinin foyesində görkəmli muğam ifaçısının həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirib. Yubiley mərasimdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynov Xan Şuşinskinin müstəsna istedada, geniş diapazonlu, gur və məlahətli səsə, yüksək ifaçılıq mədəniyyətinə malik olduğunu qeyd edib.
Tədbirdə sənətkarın həyat yolunu və ifaçılıq məharətini əks etdirən videomateriallar nümayiş olunub. Gecədə tanınmış və gənc muğam ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.