Dünyaşöhrətli musiqi prodüseri, musiqiçi və DJ Devid Quetta Bakıya gələcək.
Fransız musiqiçisinin bakılılar qarşısında çıxışı may ayının 5-də "Bakı Expo Mərkəzdə" baş tutacaq. 2011-ci ildə dünyanın 1 nömrəli DJ-i seçilən D.Quettanın konsertinin təşkilatçısı “Dreamexe Production Baku” şirkətidir.
Qeyd edək ki, "The Black Eyed Peas", Rihanna, Eykon, Kris Uillis, Kelli Roulend, Lil Ueyn, Kelis, Madonna, Snup Doq, Estel, Pitbul, və bir çox məşhurların musiqi prodüseri olan Devid Quetta "EMI Music France", "Virgin", "Positiva", "Astralwerks", "Jack Back Records" kimi məşhur musiqi şirkətləri ilə əməkdaşlıq edir.
ANS PRESS