Gözəlliyinizə gözəllik qatan sehr nədir?
Afrikada yetişən karitə yağı, dəri və saç üçün əvəzolunmaz nəmlədiricidir. Karitə yağını daha əvvəl eşitməmiş ola bilərsiniz. Bu yağ ən təsirli və təbii nəmləndiricilər arasında liderlik edir.
Onun saça və dəriyə faydaları aşağıdakılardan ibarətdir. Dərinin ehtiyacı olan bütün vitaminləri tərkibində olan karite yağı A və D vitaminləri ilə dərini canlandırır. E vitamini dərini yeniləyir, F vitaminin sayəsində isə dəri öz sıxlığını qoruyub saxlayır.
Nəmləndirici təsirə malik olduğu üçün dərini günəş şüalarından və soyuğun təsirindən qoruyur.
Yanıq, ləkə və qızartı kimi dəri problemlərinə son qoyur.
Qırılmış, xarab olmuş və yanmış saçlar üçün olduqca faydalıdır.
Dəri bu yağı rahatlıqla özünə çəkir və məsamələri doldurmur.
Diz, dirsək və topuqları da asan bir şəkildə yumşaldır.
Publika.Az