Bənzərsiz gülüş ustasının 100 illik yubileyi qeyd olunacaqdır
3.4.2013

Aprelin 5-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli teatr və kino aktyoru Əliağa Ağayevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcəkdir.
Fonddan bildirilmişdir ki, tədbirdə görkəmli sənətkara həsr olunmuş fotosərgi nümayiş etdiriləcək, çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcəkdir.
Azərbaycan teatr aktyorluğunun parlaq simalarından olan Əliağa Ağayevin ilk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara olmuşdur.

AzərTAc