“Bir ömür payı – 60” adlı kitab nəşr olunmuşdur
3.4.2013

Professor Məsud Mahmudovun 60 illik yubileyinə həsr olunmuş “Bir ömür payı – 60” adlı kitab nəşr olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilmişdir ki, kitabda filologiya üzrə fəlsəfə doktoru, professor Məsud Mahmudovun ömür yolu və yaradıcılığı, elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı mühüm məqamlar işıqlandırılır, əsərləri haqqında məlumat verilir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru İlham Tahirov, tərtibçisi Sevil İbrahimqızıdır.

AzərTac