İyunun 28-dən iyulun 1-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “İpək Yolu” II Beynəlxalq musiqi festivalı keçiriləcəkdir.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilmişdir ki, festivalda Azərbaycanla yanaşı, Hindistan, Ukrayna, Koreya Respublikası, Norveç və digər ölkələrin musiqi kollektivləri iştirak edəcəklər. Festival çərçivəsində paytaxtın bir çox mədəniyyət ocaqlarında konsertlər, tədbirlər, təqdimatlar təşkil olunacaqdır.
Qeyd edək ki, ötən il bu möhtəşəm musiqi festivalı Şəki şəhərində keçirilmişdir.