Qoç - həyatın aktiv axarının bərpa olunmasına ehtiyac duyulduğu vaxtdır. Kollektivdəki ab-hava pisləşə bilər.
Münaqişə və ya mübahisə istisna deyil. Qəfil tapıntınız və ya təəssüratlarınızı ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin, düşünün, təhlil edin.
Məğlubiyyət qələbəyə dönə bilər. Baş verənlərin məğzinə varın. İlkin təəssürat aldadıcıdır. Hadisələr isə təxminlənməsi çətin məcrada inkişaf edir.
Buğa - hansısa konkret istiqamətdə diqqəti cəmləşdirmək çətindir. Yeni işlər, tapşırıqlar və qayğıların sayı artır. Yaxın ətrafınızdakı insanlar sizdən daha çox nəticə istəyirlər.
Yaşananlara həyəcan, təlaşla baxmayın. İşinizin keyfiyyətini yaxşılaşdırın. Az sonra hər şey daha müəyyən və konkret olacaq.
İşləri, fəaliyyət sahəsini qaydaya salın, informasiyanı sistemləşdirin. Narahatlıq hiss edirsinizsə, başqa fəaliyyət istiqamətini seçin. Axtardığınızı indi tapa bilərsiniz.
Bəzi problemlər isə sizin iştirakınız olmadan həllini tapacaq.
Əkizlər - işdə maraqlarınız kollektivin mənafeyi ilə üst-üstə düşməyə bilər. Tələsməyin. Ola bilər ki, geriyə addım atmalı, iddia və tələblərinizdə inadkarlıq etməməlisiniz.
Normal qəhrəmanlar həmişə məqsədə doğru inadla, amma ağılla hərəkət edirlər.
Cazibədar ideyanın təsiri altına düşə bilərsiniz. Bu ideya sizə uğurla yanaşı, yeni intriqa və hətta həyatınızda yeni düşmənin peyda olmasını vəd edir.
Tələsməyin, təcrübəli insanla məsləhətləşin.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Yeni işə başlamaq üçün əlverişli gündür. Ev işləri ilə məşğul olmağı unutmayın.
Xərçəng - şəxsi münasibətlərdə hisslərinizi açıqlamağa tələsməyin. Deyəcəyiniz sözləri və gerçəkləşdirəcəyiniz diqqət nişanələrini dəqiq seçin.
İşdə rəhbərliklə anlaşılmazlıq ola bilər. Sinirlənməyin, səsinizi ucaltmayın. Yaxın ətrafınızdakı insanlar arasında sizə dəstək verməyəcək adamların varlığını sakit qarşılayın. Auditoriya ilə iş, yeni planların müəyyənləşdirilməsi, gəlirli məsələnin bazisinin hazırlanması üçün əlverişli gündür.
Hansısa ideya və ya kiminsə təkidlərinə aldanmayın. Gün ərzində baş verənlər ciddi təhlil tələb edir. Qərarlar dəyişə bilər. Məramınızı açıqlamağa tələsməyin.
Şir - fəaliyyət sahəsinə yenidən baxmaq, görülən işləri təhlil etmək, kursu dəyişmək vaxtıdır. Paradoksal olsa da, problemlər və çətinliklər müsbət rol oynaya bilər.
Məqsədlərinizlə hədəflərinizi dəqiqləşdirəndən sonra aktiv çalışmağa başlayın. İllüziya və xülyalardan, hətta ən cazibədar təsir bağışlayan ilğımlardan imtina edin. Qarşıda naməlum, amma maraqlı nəsnənin vədlərinin işartıları var. Yeni insanlar və ideyalar peyda olur.
İnadkar, əzmli, qətiyyətli olun. Bəzi nəsnələrdən imtina etmək lüzumunu sakit qarşılayın.
Şəxsi münasibətlərdə bütün stimullaşdırıcı amillərə rəğmən süni təkanlar və təzyiqlərə yol verməyin.
Qüvvənnizi dəqiq hesablayın, hadisələri tələsdirməyin.
Qız - sizin üçün önəmli olan məsələdə dönüş zamanıdır. Yenidənqurma və dəyişikliklər faydalı ola bilər.
Tərəfdaş və ya iş yoldaşı ilə münasibətlərdə mövqelərin toqquşması münaqişəyə səbəb ola bilər. Emosional fonun dayanıqlı olmadığını nəzərə alın. Dəqiq şəxsi mövqe tutun.
Mühüm məsələlərin həllinə yaradıcı tərzdə yanaşın. Rəqibləri arxada qoyun. İşdə yeniliklər barədə düşünün. Gərəkli, mühüm məsələlərin həll yollarının axtarışı ilə, fəaliyyətinizin tanıtımı ilə məşğul olun.
Axşam saatlarını maraqlarınıza, əyləncələrinizə, yaxınlarınızla ünsiyyətə həsr edin.
Tərəzi - yeniliklərin təməli qoyulur. Lakin təşəbbüs sizə yox, cari yaşam situasiyalarında önəmli olan fiqurlara məxsusdur. Münasibətlərin özülü dəyişir. Hansısa mövzunun zəifləməsi, önəm və marağını itirməsi, onu yeni, daha aktual məsələnin əvəzləməsi istisna deyil.
Baş verənlər narahatlıq, diskomfort, müvəqqəti olaraq tənhalıq hissi yarada bilər. Borcları qaytarmaq, kredit üzrə ödəniş etmək üçün yaxşı vaxtdır. Borc müxtəlif cür ola bilər. İşdə qayda yaradılması, sistemləşdirmə, təşkilati məsələlərlə məşğul olun.
Axşam saatlarında istirahətinizi elə planlaşdırın ki, faydalı əlaqələri bərpa etmək və yenilərini yaratmaq imkanları olsun.
Əqrəb - prioritetləri dəqiq müəyyənləşdirin, güc və diqqətinizi yönəldəcəyiniz işi seçin. Yeniliklər çoxdur, bütün işləri dərhal yerinə yetirmək istəyirsiniz.
Bir neçə variant arasında seçim etməli olsanız, peşəkar inkişafınıza dəstək olacaq, hələ tam araşdırılmamış məsələni seçin. Kreativ yanaşma və cəsarət rəqiblərinizi üstələməyinizə imkan verəcək.
Şəxsi münasibətlərdə asan olmayan dönəmdir. Gözləntilərin uzandığı məqamda hövsələsizlik emosional "partlayış"a səbəb ola bilər. Başqa obyektin diqqətinizi çəkməsi istisna deyil.
Oxatan - mühüm və önəmli gündür. Sürəkli təxirə düşən məqama yenidən nəzər salmalı olacaqsınız, çünki şərtlər buna vadar edəcək.
Qəza, münaqişə riski artır. Neqativ potensiallı insanlar və hadisələr sizə yaxınlaşır.
Tələbat yoxdursa, böyük və ya iri miqyaslı işə başlamaq üçün təşəbbüs göstərməyin. Təxribatlara cavab verməyin. Reaksiyanız dəqiq və adekvat olmalıdır.
İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Hansısa məsələdə tam əmin deyilsinizsə, o məsələni təxirə salın.
Borc almayın, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Situasiyanı düzəltmək o qədər çətin deyil.
Oğlaq - yeni imkanlar yaranır və onlardan istifadə etmək gərəkdir. Bununla belə, bədxahlarınız arasında kimsə sizə mane olmaq üçün xüsusi aktivlik göstərir.
Çalışacağınız sahəni, əldə etməyə çalışdığınız nəsnəni müəyyənləşdirin. Tələsməyin, soyuqqanlı və təmkinli davranın. Təşəbbüskarlığı minimuma endirin, fəndgir və hiyləgər davranın.
Çevik və qıvraq, mütəhərrik olun, işinizin detallarına xüsusi fikir verin. Ev işlərinə və yaxınlarınızla münasibətlərə laqeyd qalmayın.
Ailə üzvlərini birləşdirəcək mövzu və ya məşğuliyyət tapsanız, axşam saatları sakit keçəcək. Valideynlərinizlə danışın, onlara diqqətinizi xoş vasitə ilə izhar edin.
Dolça - yaradıcılıq, ixtiraçılıq ruhu günüdür. Dəyişikliklər və yeniliklər zamanının çatdığını intuitiv hiss edirsiniz. Dəyərli və layiqli hədəf seçin, prosesi sürətləndirin.
Yeniliklərə və sürətli, ani qərarlara hazır olun. Qəfil çətinliklər və planların pozulmasını sakit qarşılayın.
Yaxşı komandada, ümumi məqsədi olan qrupda iş daha yaxşı alınacaq. İzafi səy göstərməyin, çünki əsas məqsədə çatmaq asan deyil.
Ən optimal davranış modeli qarşılıqlı mənfəət nəzərə alınmaqla sövdələşməkdir.
Səhhətinizi unutmayın. Axşam saatlarında yaxşıca dincəlin.
Balıqlar - aktiv olun, təxirəsalınmaz işləri başa vurun. Münasibətləri aydınlaşdırmağa çalışmayın, çünki izafi aşkarlıq bu gün kimsəyə xeyir verməyəcək. Prioritetləri yenidən dəyərləndirin, planlara dəyişikliklər və əlavələr edin.
Nədənsə imtina etməli olacaqsınız və hansısa ümid puç olacaq. Amma eyni zamanda başqa istiqamətdə baş verəcək hadisə sizi sevindirəcək.
Fəaliyyətnizin maliyyə məqamlarına xüsusi diqqət ayırın.
Günün ikinci yarısında fiziki işlə məşğul olun.
Milli.Az