Tozağacıkimilər fəsiləsinə aid olan fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallarla, E vitamini ilə zəngindir.
Mütəxəssislər müəyyənləşdirmişlər ki, fındıq bədənə güc və enerji verir, zehni, fiziki yorğunluğu aradan qaldırır. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir.
Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir. Ondan istifadə qanda xolesterinin artmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır.
Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir, böyrək ağrılarında yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.
Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir.
AzərTac