Nyu-Yorkda mobil telefon vasitəsilə səslənmiş ilk zəngin 40-cı “ad günü” qeyd olunmuşdur. 1973-cü il aprelin 3-də mühəndis Martin Kuper “Motorola” şirkətinin mobil telefon prototipi vasitəsilə ilk zəngi həyata keçirmişdir.
40 il ərzində mobil telefonlar əsas məhsullar kateqoriyasına daxil olmuş, “Motorola” isə lider mövqeyini əldən vermiş və 2011-ci ildə iki hissəyə ayrılmışdır.
Şirkətin mobil qurğu istehsalı ilə məşğul olan hissəsi “Motorola Mobility” adlanır və “Google” korporasiyası onu 12,5 milyard dollara satın almışdır. Ötən il satılmış mobil telefonların sayına görə o, istehsalçıların siyahısında yalnız doqquzuncudur.
AzərTac