Bu bir az da İndiana Cons filmlərinə bənzəyir. Arxeoloqlar deyirlər ki, onlar Yunan və Roma mifologiyasında deyilən mifik “Cəhənnəm qapılarını” tapıblar.
Qədim şəhər Hierapolis, bu gün Türkiyənin cənub qərbində yerəşən Pamukkale Ploutonion adlanan yerə çox uyğun gəlir. Burada yerləşən buxar gölləri qədim dövr insanında cəhənnəm təəssüratı yaradırmış.
Yunan coğrafiiyaçı Strabon bu yer barədə yazırdı: ərazi o qədər buxarla və dumanla doludur ki, heç kim yerin dibini görə bilmir. İçəriyə düşən heyvanlar ölümlə üzləşirlər.
Romalı arxeoloqlar balaca buxar mağarasının içində yeraaltı allahlar Pluto və Koreyə həsr olunmuş yarımsütunlar tapıblar. Arxeoloq D’Andria deyib:
“ Biz qazıntılar zamanı mağaranın ölümcül yanlarını da gördük. Bəzi quşlar istiyə uçaraq ölmüşdülər. Onları çox güman zəhərli qazlar öldürüb. Arxeoloq deyir ki, qədim dövrdə kahinlər buranın cəhənnəm qapıları olduğunu deyiblər. Onlar mağaranın ağzında dayanırlarmış. Gələn ziyarətçilərə isə quş verrmişlər ki, baxın quşlar içəri keçən kimi öləcəklər. Bununla da onlar yerli insanlarda mifik inancları möhkəmləndirirmişlər.
publika.az